Siyəzəndə çətənə kolları aşkarlanıb 

09:50 16.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Siyəzəndə əməliyyat yolu ilə 41 ədəd çətənə kolu aşkarlanıb.

DİN Mətbuat Xidmətindən hafta.az-a verilən məlumat görə Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Mizəfər Ramazanovun kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 81 kiloqram olan 41 ədəd çətənə kolu və 1 kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.